Ermənistanla birbaşa təmaslar dayandırılıb… - Nazir

12:54 - 12 Aprel 2023 - GÜNDƏM

 Ermənistanla birbaşa təmaslar dayandırılıb… - Nazir

Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa təmaslar dayandırılıb:

“Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistanı tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə zəlzələ oldu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol