2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.
"Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir", - deyə o qeyd edib.
Bundan başqa, sədr müavininin sözlərinə görə, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq:
"Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşayış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir".
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi