Rusiyada vətəndaşın çağırış vərəqəsini aldığı gündən hərbi komissarlığa gələnə qədər xaricə çıxışı qadağandır.
BUTA.TV xəbər verir ki, bu, qanunvericiliyə edilən dəyişikliklərdən irəli gəlir.
“Hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan çağırış vərəqəsi almış vətəndaşların federal qanuna uyğun olaraq belə bir çağırış verilmiş hesab edildiyi gündən Rusiyadan çıxması qadağandır. Göstərilən məhdudiyyət hərbi komissarlığa çağırış vərəqəsi üzrə gəlmək öhdəliyi yerinə yetirilənə qədər qüvvədədir”, - məlumatda deyilir.
Qeyd edək ki, düzəlişlər Rusiya Dövlət Dumasının bütün beş fraksiyasının nümayəndələri tərəfindən təqdim edilib. Bu gün Dövlət Duması onları ikinci və üçüncü oxunuşda qəbul edəcək.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi