İran yəhudi icmasına ənənəvi Pasxa və ya Fətir bayramları mərasimlərini ləğv etmək və İsrailin məhv olması istəyi ilə keçirilən Qüds günü yürüşlərində iştirak etmək üçün təzyiqlər göstərilir.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin "Yerusəlim Post" qəzeti məlumat yayıb.
“İran yəhudi icmasına səssiz təzyiqlər edir və İran yəhudiləri hökumətin təşkil etdiyi Qüds günü nümayişlərində iştirak etməsələr, daha çox əziyyət çəkəcəklərini bilirlər", - məlumatda bildirilib.
Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin böyük qismi ölkəni tərk etməyə məcbur olub. Hazırda İranda qalan 20-25 min civarında yəhudinin bir qismi kimliklərini gizlətmək məcburiyyətindədir, gizlənməyənlər isə davamlı təzyiq və ayrı-seçkiliklə üzləşir.
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi