Bir müddət əvvəl Saray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Bu gün isə həmin şəxsin iki gün əvvəl azadlığa buraxılması barədə məlumat yayılıb.
Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sözügedən şəxs ev dustaqlığına buraxılıb.
“Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənovun Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) 32.5, 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət almada köməkçi) və 312-1.2-ci (nüfuz alveri) maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri Binəqədi rayon məhkəməsinin qərarı əsasında ev dustaqlığı ilə əvəz edilib və həmin qərardan prokuror tərəfindən verilmiş protest Bakı Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmayaraq şəxs ev dustaqlığına buraxılıb.
Hazırda Məhi Həsənovun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”.
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi