Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlər bu planlarını “Quql məp”ə də yerləşdirib. Axtarış sistemində “Azərbaycan Kərimə dövləti” yazdıqda Bakıda ünvan göstərilir: Süleyman Əhmədov küçəsi; koordinat - 9WH7+5XR;
Xəritə üzərindən araşdırdıqda Süleyman Əhmədov küçəsi yaxınlığında göstərilən ünvanda konkret nəyin yerləşdiyi əks olunmur. Bu addımın iki məqsədi ola bilər:
- “Kərimə dövləti” təbliğatını aparanlar beynəlxalq axtarış sisteminə konkret ünvan əlavə etməklə niyyətlərinin reallığını göstərməyə çalışırlar;
- İranın xəritədə əks olunan ünvanla bağlı hansısa gələcək planları var;
Birinci versiya hazırda daha çox ehtimal ediləndir. Son bir ildə qondarma “Kərimə dövləti” iddiası ilə bağlı Azərbaycanın auditoriyasına hesablanmış təbliğat “yaxın zamanda böyük hadisələrin olacağı” mesajı üzərində qurulub. İstisna deyil ki, “Kərimə dövləti” üçün xəyali ünvanın yaradılması ilə təbliğatın təsir imkanlarını gücləndirmək və “proses başlanıb” görüntüsü yaratmaq istəyirlər. O da istisna deyil ki, bu xəyali ünvan Azərbaycanda “dindarların etirazı” adı altında iğtişaş planları tətbiq edilərsə, hadisələrin idarə olunacağı məkan rolunu da oyanaya bilər.
- Xətaidə çökən kollektorla bağlı rəsmi açıqlama
- Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
- WUF13-ün Bakıya faydaları nələrdir və nələr gözlənilir?
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi