Suriyanın qərbində yerləşən Xüms əyalətində İŞİD silahlılarının yol kənarında yerləşdirdiyi mina partlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Mina partlayışı nəticəsində 6 dinc sakin həlak olub.
Bildirilib ki, içərisində dombalan (yeraltı göbələk - red.) yığmağa gedən şəxslərin olduğu avtomobil Es-Suhna oazisi yaxınlığında minaya düşüb.
Suriyalılar üçün ənənəvi dombalan göbələyi yığımı son zamanlar təhlükəli peşəyə çevrilib. Torpağın altında bitən bu göbələklərə İŞİD üzvlərinin sığındığı quraqlıq səhralarda rast gəlinir. Silahlılar gizləndikləri yerlərin ətrafını minalayır və pusqu quraraq patrullara hücum edir.
Qeyd edək ki, fevralın 18-də bir qrup silahlı Es-Suhna oazisində Əsəd rejiminin yeddi hərbçisini və göbələk yığmaqla məşğul olan 46 kənd sakinini qətlə yetirib.
- Keşlədə kollektorun fəsadları aradan qaldırılır
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?