Azərbaycanda dövlət qeydiyyatında olan daha bir siyasi partiya fəaliyyətinə son verib.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, Nizami Süleymanov tərəfindən yaradılan Müstəqil Azərbaycan Partiyası (MAP) fəaliyyətini dayandırıb.
1993-cü ildə qeydiyyata alınan siyasi partiya 1998-ci ildə keçirilən prezident seçkilərində iştirak edib. Belə ki, Müstəqil Azərbaycan Partiyasının seçici birliyi tərəfindən namizədliyi irəli sürülmüş N.Süleymanov 270 mindən çox seçicinin səsini qazanıb.
Qeyd edək ki, Nizami Süleymanov partiyanı yaratmamışdan əvvəl 1992-ci ilin prezident seçkilərində də namizəd olub, 33.8% (1 milyon çox seçici) səs toplayıb. Nizami Süleymanov 2016-cı ildə vəfat edib və bundan sonra partiyanın fəaliyyəti tamamilə dayanıb.
Partiyanın özünü buraxması barədə qərarı Nizami Süleymanovun oğlu imzalayıb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 10-a çatıb. Bundan əvvəl Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.
- Gəncə prospektində sürüşmə: Mütəxəssislər hadisə yerində...
- ADU tarixində ilk: beynəlxalq akkreditasiya sertifikatı verildi
- Bakıda yanğın təhlükəli sex bağlandı - Video
- Azərbaycanlıları Türkiyə qanunsuz daşıyan dəstə ələ keçirildi
- 1 milyonluq dələduzluq: məmur oğlu hakim qarşısında...
- Tərtərdə 7 yaşlı qız kanala düşərək boğuldu
- Bazar günü hava necə olacaq?
- Oğurladığı velosipedi 800 manata satan şəxs saxlanıldı