Türkiyə mediasında zəlzələdən əziyyət çəkənlərə yardım edən azərbaycanlılarla bağlı sujetlər yayımlanır.
BUTA.TV xəbər verir ki, bu dəfə qızının cehizini zəlzələdən əziyyət çəkənlərə bağışlayan azərbaycanlı xəbər olub.
Xəbərdə bildirilir ki, Qardaş ölkə Azərbaycan zəlzələnin ilk anından bütün imkanlarını səfərbər edib:
“Azərbaycan xalqı zəlzələ bölgəsinə yardım göndərməkdə davam edir.
Azərbaycanda yardım toplama mərkəzinə gələrək qızının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan şəxsin sosial şəbəkədə görüntüləri gündəm olub.
Qızının cehizini göz yaşları içində Türkiyəyə göndərən şəxsin videosunu seyr edənlər də buna kövrəlmədən baxa bilmirlər”,-deyə xəbərdə qeyd olunub.
Həmin anların videosunu təqdim edirik:
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi