Moldovada müxalif “Şor” partiyasının tərəfdarları hökumət əleyhinə mitinqlərə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Etirazçılar əllərində hökumət əleyhinə şüarlar yazılmış plakatlar tutaraq, Prezident Maya Sandu və Baş nazir Dorin Reçanı istefaya çağırıblar.
“Əhalidən oğurlanan pulların qaytarılmasına nail olmaq istəyirik. Ölkəmizdə qazın və istiliyin tarifləri 8 dəfə artıb və hesab edirik ki, bu, ölkə rəhbərliyinin, hökumətin günahı ucbatından baş verib. Qış aylarında vətəndaşların borclarının tam ödənilməsini tələb edirik. Hökumət istefaya getməli, parlament buraxılmalıdır”, - “Şor” partiyasının sədr müavini Marina Tauber bildirib.
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi