Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB missiyasının tərkibində olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Heberştrayt bildirib.
"Federal Nazirlər Kabineti Almaniyanın AB-nin Ermənistandakı yeni missiyasında Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - o deyib.
Heberştrayt bildirib ki, AB missiyasında maksimum 15 alman hüquq-mühafizə orqanının əməkdaşı iştirak edəcək. Ümumilikdə isə Avropanın müxtəlif ölkələrindən 100 nəfər missiyada fəaliyyət göstərəcək:
“Ermənistan və Azərbaycan sərhədində vəziyyət gərgin olaraq davam etdiyi üçün yeni missiyaya ehtiyac var”.
O söyləyib ki, məqsəd silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.
Qeyd edək ki, daha öncə Fransadan 8 jandarmanın missiyanın tərkibində olacağı bildirilib.
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
- Mehriban Əliyeva Tiflisdə Gürcüstan Milli Muzeyində...
- ABB güzəştli kreditlər verəcək
- Övladının dəfnində canlı yayım açan şəxs nəzarətə götürüldü
- 8 noyabr prospektində yağışın fəsadları aradan qaldırılır
- ADSEA: Kollektorun üzərində tikilmiş ev söküldü - Video