Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı xilasedici Əli Şirzadov xilasetmə işləri zamanı qızıl-zinət əşyaları taparaq ərazinin jandarma bölməsinə təhvil verib.
Xilasedicimizin bu örnək davranışını Türkiyənin “Yalova Press” media orqanı yayımlayıb və Azərbaycana təşəkkür edib.
“Azərbaycandan olan xilasedicilər fəlakətin baş verdiyi ilk gündən etibarən verdiyi dəstək səyləri ilə kahramanmaraşlıların qəlbindəki yerini ikiqat artırdı”, - deyə nəşr yazıb.
Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
- Sabah hava necə olacaq?
- Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı
- Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?