Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə universitetlərində ikinci semestr üçün əyani tədrisin dayandırıldığını və onlayn təhsilə keçilməsi qərarını elan edib. Bir neçə səbəbi var: bəzi tələbələrin zəlzələ bölgəsində olması, bəzilərinin yardıma getməsi... Əsas səbəb isə əlbəttə ki, zəlzələdən zərər çəkən, evsiz qalan insanların yerləşdirilməsidir.
Ərdoğan bildirib ki, dövlətə aid tələbə yataqxanaları müvəqqəti olaraq evsiz qalanlara veriləcək.
Bu qərara tələbələri qəti şəkildə etiraz edirlər – sosial şəbəkələrdə, qruplarda onlayn formada tədrisə qarşı aksiyalar keçirirlər.
Bu gün isə petisiya başladıblar: “Universitetimə toxunma” adı ilə yaradılan petisiya heyrət doğurur. Qısa müddətdə artıq 126 mindən çox tələbə (məhz tələbə) bu petisiyanı imzalayıb. Gecə yarısına qədər 150 minə çatarsa (çatacağına şübhə etmirəm), bu, rekord imza olacaq.
Tələbləri budur ki, əyani təhsil almaqda israr edirlər – çünki onlayn tədris onları mükəmməl təhsil almaq imkanından, laboratoriyalardan, təcrübələrdən və s. məhrum edir.
Hamısı birmənalı olaraq “dövlət ayrı çözüm tapsın, biz oxumaq istəyirik” deyir.
Bu kampaniya 2-3 gün öncə dağıntılar altından çıxarılan uşağı yadıma saldı. Uşağın ilk sözü “sabah dərsim var” idi...
Türkiyədə təhsil buna görə inkişaf edir; Türkiyə son illər buna görə mükəmməl ixtiralara imza atır – bu öz yerində.
Tələbələrin bu istəyi həm də tam başqa mənzərə yaradır: Türkiyə gəncliyi ayaqdadır, qətiyyən sınmayıb, bükülməyib, təslim olmayıb;
Türkiyə gəncliyi sabaha baxır – eyni ruhla oxumaq, öyrənmək, özünü təsdiqləmək istəyir. Bu yolda azacıq ləngimə və büdrəməni, heç bir çətinliyi qəbul etmir.
Türkiyə ona görə böyük və möhtəşəmdir!
Bu cür gəncliyi olan milləti heç nə yenə bilməz!
- Sabah hava necə olacaq?
- Ziya Məmmədovun qalmaqallı qohumu yüksək vəzifə aldı
- Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?