Gec-tez Ukraynada da güclü zəlzələ baş verəcək. Krım da risk altındadır.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı seysmoloq Aleksandr Kendzer deyib.
“Ukrayna Türkiyə ilə eyni seysmik aktiv zonada yerləşir”, - Kendzer bildirib.
Onun sözlərinə görə, Avrasiya plitəsi Ərəbistan və Afrika plitələrini sıxışdırır:
“Bu prosesi dayandırmaq mümkün deyil, ona görə də enerji toplananda Ukraynada və ola bilsin ki, hətta Kiyevdə də zəlzələ baş verəcək”.
O, həmçinin Ukraynanın paytaxtında yeraltı təkanların 8-9 bal ola biləcəyini də qeyd edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?