Hazırda Rusiya ilə Qərb arasında “onlayn rejimdə” toqquşma iki nöqtədə yaşanır: Ukrayna və Suriyada.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında politoloq Benyamin Matevosyan deyib.
"Ermənistanın indiki hakimiyyətinin üzləşdiyi ən böyük problemlərdən biri odur ki, Ermənistan artıq Rusiya və Qərb arasında diplomatik toqquşma meydanına çevrilib. Ermənistan bu toqquşmanın real ola biləcəyi istiqamətə doğru inamla irəliləyir.
Siz çox aydın şəkildə başa düşməlisiniz ki, bu, Ermənistanın və hətta Qarabağın hərbi platformaya çevrilməsinə gətirib çıxaracaq. Başa düşürəm ki, çoxları üçün bu şokdur, bəlkə də emosional nöqteyi-nəzərdən bunu qavramaq çox çətindir, lakin mən bu ziddiyyətlərin başqa təzahürünü təsəvvür edə bilmirəm”, - o bildirib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?