Bu gün Almaniyanın Türkiyənin zəlzələ bölgəsində olan iki yardım təşkilatı təhlükəsizliklə bağlı və atışma xəbərlərini əsas gətirərək, xilasetmə əməliyyatını dayandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Almaniya Beynəlxalq Axtarış və Xilasetmə Xidməti və Almaniya Federal Texniki Yardım Agentliyi AFAD-ın vəziyyəti təhlükəsiz olaraq dəyərləndirən kimi işlərinə davam edəcəklərini bildiriblər.
Qeyd edək ki, bundan öncə bənzər elanı daha əvvəl Avstriya Silahlı Qüvvələrinin Fəlakətlərə Yardım Bölməsi tərəfindən verilib.
Avstriya Müdafiə Nazirliyinin sözçüsü Mixael Bauer Tvitter hesabında yazıb ki, Türkiyə ordusu xilasetmə kontingentinin mühafizəsini öz üzərinə götürüb və əməliyyat artıq bərpa olunub.
İsveçrə də Hataydakı təhlükəsizlik vəziyyətini yaxından izlədiyini və buna uyğun olaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?