Bu həftə iki yüksək səviyyəli hərbi tədbirdə kiçik qızı ilə iştirak edən Kim Çen İn dünyaya iki mesaj verdi: Kim ailəsi Şimali Koreyanı daha bir nəsil idarə edəcək və heç kimin buna etiraz edə bilməyəcəyinə əmin olmaq üçün nüvə silahını özlərində saxlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə CNN-in reportajında bildirilib.
Kimin ikinci övladı olduğu güman edilən, təxminən 9 yaşlı Çju E çərşənbə axşamı axşam saatlarında Şimali Koreya lideri və həyat yoldaşı ilə birlikdə Pxenyan hərbi kazarmasında dəbdəbəli ziyafətə qatılıb.
Bir gün sonra o, Şimali Koreyanın paytaxtında Kim İr Sen meydanında qitələrarası ballistik raketlərin (ICBM) paradında iştirak edib.
Qərb müşahidəçiləri hesab edirlər ki, Kim Çenin 3 övladı var, Çju ortancıldır.
Cənubi Koreyadan olan analitiki Çon Son Çanqın fikrincə, Kimin öz varisini bu qədər erkən seçməsinin tarixi presedenti var, çünki atası Kim Çen İr də belə etmişdi.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?