İtaliyada keçiriləcək liqa matçlarında Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələlər nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Türkiyə və Suriyada baş vermiş zəlzələlərdə həlak olanların xatirəsi həftəsonu oynanılacaq futbol matçlarından əvvəl bir dəqiqəlik sükutla yad ediləcək.
Federasiyasının prezidenti Qabriele Qravina bildirib ki, futbol dünyası zəlzələ qurbanlarının xatirəsini anır. Heç kəs bu faciəni görməzlikdən gələ bilməz.
Qeyd edək ki, əsrin fəlakəti adlandırılan Türkiyədəki zəlzələlər nəticəsində 21 min 848 nəfər həlak olub, 80 min 104 nəfər yaralanıb.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?