Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin Kiyevdəki səfirliyində olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb.
Zelenski zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı başsağlığı verib:
“Şəxsən öz adımdan və Ukrayna xalqı adından səmimi başsağlığımı qəbul edin. Bir anda bu qədər insanın həyatına son qoyan dəhşətli faciə ürəyimizdə dərin ağrı ilə əks-səda verdi. Türk xalqının dərdini paylaşır, bu çətin gündə yardım edirik. Ölənlərin ruhu şad olsun. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, - Zelenski qeyd edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?