Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəsinin Türkiyədə baş verən dəhşətli zəlzələ ilə əlaqədar fevralın 12-dən 17-si tarixinə dəyişdirilib.
Kult.az xəbər verir ki, bu barədə İ.Muradov videomüraciətində bildirib.
“Türkiyədə baş verən fəlakət hər birimizi sarsıtdı. Bütün türk xalqının başı sağ olsun. Fəlakətlə əlaqədar olaraq 12 fevral tarixində Heydər Əliyeva Sarayında keçirilməsi nəzərdə tutulan yaradıcılıq gecəm 17 fevral tarixinə təxirə salınır. Mən də bu fəlakətdən bütün türk xalqı kimi çox təəssüflənirəm. Orada həlak olan insanlara Allahdan rəhmət diləyirəm, başımız sağ olsun. Ümid edirəm ki, bilet alan hər kəs bunu anlayır və vaxtın dəyişdirilməsinə düzgün yanaşırlar”, - xalq artisti qeyd edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?