Azərbaycanlı iş adamı Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyəyə iş görüşməsi üçün gedibmiş.
Eldəniz Əliyevin ailə yaxını bildirib ki, məlumatlar doğrudur:
“Təəssüf ki, həlak olanlar içərisində o da var. Özü Rusiya vətəndaşı idi, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. İkimərtəbəli binada qalırdılar. Deyilənə görə, həmin binanın dağıntıları altında 40 nəfər adam olub. İlk gün səkkiz nəfər sağ çıxarılıb, ardınca dörd nəfərin meyiti. Ölənlər içərisində Eldəniz də olub. Qardaşı Türkiyəyə gedib. Xəbər etdi ki, Eldənizin cənazəsi sabah saat 13:00-da Ankaradan təyyarə ilə Bakıya gətiriləcək. Salyanda dəfn olunacaq”.
Qeyd edək ki, Eldəniz Əliyev ailəli idi, iki oğul övladı var.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür