Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalan azərbaycanlıların axtarışı davam edir. Hazırda 25 nəfər axtarışdadır. Bu o demək deyil ki, onların başlarına nəsə iş gəlib. Bəlkə də telefonlarını itiriblər, yaxud da telefonlarının enerjisi bitib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
“Nəzərə almaq lazımdır ki, zəlzələ səbəbindən 4 hava limanı fəaliyyət göstərə bilmir. Hətta Bakıdan gələn humanitar yardımı belə qəbul edə bilmirik. Ona görə də quru yolla təxliyəni həyata keçirə bilirik. Onlar azərbaycanlıların təxliyə edildiyi avtobuslarda yemək və isti içkilərlə təmin olunurlar”, - diplomat bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür