Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı kriminal avtoritetlərin toplantısının keçirildiyi məkana basqın edib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Mıtışidə keçirilən xüsusi əməliyyat nəticəsində 50-yə yaxın adam saxlanılıb.
İlkin məlumatlara görə, fevralın 6-da günorta saatlarında 1-ci Proletarskaya küçəsində yerləşən “Qranada” restoranında, əsasən, Azərbaycandan olan avtoritetlər hansısa məsələni ayırd etmək üçün toplaşıblar.
Saat 16:00-ya yaxın Rusiya Qvardiyası və polis məxsus maşınlar əraziyə gəlib və restoran mühasirəyə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, restorana gələn avtoritetlərin bəziləri qaçmağa çalışsalar da, saxlanılıblar. "Baza"nın məlumatına görə, ümumilikdə 48 azərbaycanlı saxlanılıb. Saxlanılanlar arasında 2 Dağıstan, 1 Ermənistan və 1 Tacikistan sakini də var. Onların telefonları, həmçinin 5 travmatik tapança və 1 ədəd “Sayqa” karabini müsadirə edilib.
Əməliyyatda 100-ə yaxın təhlükəsizlik işçisi iştirak edib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür