Xəbər verdiyimiz kimi, Ukrayna müdafiə naziri Aleksey Reznikovu Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun əvəz edəcəyi gözlənilir. Bu barədə yayılan məlumatı Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya da təsdiqləyib.
BUTA.TV xəbər verir ki, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun “peşəkar diversant və terrorçu” olduğunu iddia edib.
Ekspertin sözlərinə görə, Budanovun təyinatında əsas məqsəd Ukrayna ordusunun diversiya fəaliyyətini gücləndirmək, Rusiyanın kritik insfrastruktur obyektlərinə PUA və uzaqmənzilli raketlərlə zərbə endirməkdir:
“İlk növbədə isə Krım yarımadası ərazisinə bu zərbələr nəzərdə tutulur. Budanov bu baxımdan Zelenskinin onun qarşısına qoyacağı vəzifələr üçün ideal şəxsdir.
Ukraynanın yeni müdafiə nazirinin Rusiya Silahlı Qüvvələri üçün prioritet hədəfə çevrilib-çevrilməməsi Rusiyada müvafiq qərarlar qəbul edənlərin işidir”.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür