Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib.
Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir.
Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür