Uzun müddətdir sahibsiz qalan "Turan Tovuz" tezliklə yeni sponsoruna qovuşacaq.
BUTA.TV xəbər verir ki, uzun illər AFFA-nın, bu mövsüm isə dövlətin klublara ayırdığı büdcə hesabına maliyyələşən qərb təmsilçisi yeni dəstəkçi tapıb. Söhbət tovuzlu iş adamı İlham Rəhimovdan gedir.
Məlumata görə, əsasən Rusiyadakı biznesi ilə tanınan Rəhimov, nəhayət doğma rayonunun komandasına maliyyə ayırmağa razılıq verib. Onun Azərbaycanda fəaliyyət göstərən şirkətlərindən biri klubun əsas sponsoru olacaq. Rəhimovun kluba 1 milyon manat ayıracağı gözlənilir ki, bu, Tovuz təmsilçisi üçün indiki məqamda böyük rəqəmdir.
"Turan" ötən gün sosial şəbəkə hesablarında bu mövzuda video yayımlayıb. Paylaşımdan aydın görünür ki, klub yeni sponsorunu təqdim etməyə hazırlaşır.
Məsələ budur ki, İlham Rəhimovun adı əvvəllər də "Turan"la yanaşı hallanıb. 2015 və 2017-ci illərdə onun Tovuz təmsilçisinə maliyyə ayıracağı ilə bağlı xəbərlər yayılsa da, bunlar reallaşmayıb.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür