Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.
Şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.
Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır./APA
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi