Bloger Səbinə Kətanova idarə etdiyi avtomobillə piyadanı vurub.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, o paytaxtın Nərimanov rayonu ərazisində idarə etdiyi "Toyota Prado" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Daha sonda ərazidən uzaqlaşıb.
S. Kətanovanın hadisə törətməsi təhlükəsiz şəhər kameraları vasitəsilə aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi