Bloqer Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Buta.tv-nin xəbərinə görə, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Kəlbəcər yolunda qar uçqunu baş verdi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video