Avstriya respublikada akkreditə olunmuş dörd rusiyalı diplomatı persona non qrata elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində dərc olunmuş məlumatda deyilir.
"Rusiya səfirliyinin iki diplomatı diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər edib. Ona görə də onlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq arzuolunmaz şəxs elan ediliblər. Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin iki diplomatı isə Baş Qərargah Müqaviləsinə uyğun olmayan hərəkətlər edib. Bununla əlaqədar olaraq onlardan Avstriya Respublikası ərazisini tərk etmələri də tələb olunub”, - nazirliyin açıqlamasında bildirilir.
Diplomatların ölkədən çıxması üçün 8 fevrala qədər vaxt verilib.
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Kəlbəcər yolunda qar uçqunu baş verdi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video