Rusiyalı diyetoloq soğan zərər verməyən insanlara hər gün balaca bir soğan yeməyi məsləhət görür.
Bu barədə "MedikForum" saytı məlumat yayıb.
Diyetoloq Mixail Ginzburqun sözlərinə görə soğan xərçəng əleyhinə potensialı olan qidalardandır. "Bir çox insanlar aktivləşə biləcək yatan xərçəng ocaqlarına malikdirlər. Əgər iltihab yaranırsa və onun rüşeymləri şişlərə təsir edirsə, bu zaman yenitörəmələrin ekspansiv artımına səbəb olan proseslər baş verə bilər", - deyə o teleefirdə bildirib.
Mütəxəssis deyib ki, xərçəngin "rüşeymi" qan damarlarından qidalanır. Bununla belə, xərçəng şişi qan damarlarına bitişəndə daha da böyüyür. Bəzi ərzaqların tərkibində bunun qarşısını alan maddələr var.
Ginzburgun fikrincə, soğan bədxassəli şişlərin böyüməsinə mane olan məhsullar sırasındadır.
"Soğanın tərkibində damarın divarlarını gücləndirən və soyuqdəymənin qarşını ala bilən kvertisin var. Soğan ilə yanaşı, sarımsaq, sarıkök, zəncəfil də onkostatik təsirə malikdir", -deyə diyetoloq söyləyib.
Ginsburg, bu baxımdan antioksidantların böyük dozalarına malik olan qırmızı soğanın xüsusilə faydalı olduğunu bildirib.
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi