Bu gün İran Super Liqasının 18-ci turu çərçivəsində Təbrizin "Traktor" klubu Xuzistan əyalətinin "Fulad" komandası ilə qarşılaşıb.
BUTA.TV xəbər verir ki, Təbrizin "Səhənd" (Yadigari İmam) stadionunda başlayan oyun təbrizlilərin qələbəsi ilə başa çatıb.
Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqlərdə "Traktor"un hücumçusu Hadi Məhəmmədi rəqib komandanın qapısına yol tapa bilib.
Bu qələbədən sonra "Traktor" 29 xalla turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib.
Qeyd edək ki, oyun başlamadan öncə Xoy zəlzələsində həyatını itirənlərin xatirəsi anılıb, azarkeşlər hökumətin zəlzələdən zərər çəkənlərə yetərli yardım etməməsi ilə bağlı şüarlar səsləndiriblər.
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Kəlbəcər yolunda qar uçqunu baş verdi