On altı yaşınadək şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə yeni cəzalar müəyyənləşib.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı qanunla Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə dəyişiklik edilib.
Dəyişikliklə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin bu günə qədərki variantı belə idi: "On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Digər dəyişikliklə isə Məcəlləyə yeni bəndlər əlavə olunur. Yeni bəndə əsasən, Məcəllənin 152.2 və ya 152.3-cü maddələrində göstərilən əməllər təkrar törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 6 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi