Xüsusi nömrələr əldə edən yeni abunəçiləri operator hədiyyələrlə qarşılayır!
Abunəçilərə müasir texnoloji xidmət və əlverişli təkliflərlə yeni imkanlar yaradan Azercell “Hədiyyəli eSİM nömrələr” kampaniyasını təqdim edir!
Kampaniyanın şərtlərinə əsasən xüsusi olaraq ayrılmış gözəl eSİM nömrələri alan yeni abunəçilər seçimindən asılı olaraq müxtəlif hədiyyələr qazanacaqlar.
Belə ki, abunəçi Fakturasız xətt kampaniya nömrələri əldə etdikdə, nömrənin dəyərinin yarısı həcmində hədiyyə balansı alacaq və bu bonus məbləği 6 ay ərzində istənilən Sərbəst və GəncOl tariflərinin alınmasına istifadə edə biləcək. Abunəçi Fakturalı xətt kampaniya nömrəsi əldə etdikdə isə, onun dəyərindən asılı olaraq Sərbəst 15, Sərbəst 25 və Sərbəst 50 tarif paketlərindən birinə ödəniş etmədən qoşulmaq imkanı qazanacaq.
Kampaniya nömrələri və onlara uyğun təkliflər haqqında məlumatı www.azercellim.com səhifəsindən, hədiyyəli eSİM nömrələri isə Azercell-in istənilən rəsmi dilerindən əldə etmək mümkündür.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü