"Əli Həsənov oğlu Şamxalı "Xəzər TV"-yə rəhbər təyin etmişdi. "Xəzər TV"-nin kafesi də Bakının ən bərkgedən restoranları səviyyəsində lüks təmirli, super məkandır. Şamxal işçilərin gözü önündə "Xəzər TV"-nin kafesində qəlyan çəkirdi. Pul verib, qəlyandüzəldən tutmuşdu, hər gün işçilərinin önündə fıshafıs çəkirdi".
BUTA.TV xəbər verir ki, bunu "Xəzər TV"-nin keçmiş əməkdaşı Ceyhun Rzayev deyib.
"Hər görəndə əsəbləşirdim. Üzərindən illər keçib. O vaxt da bunu yaza bilərdim. Niyə yazmırdım? Yəqin işimi itirəcəyimdən qorxmuşam. Yəqin yox, yüz faiz, başqa izahı yoxdur. "Cəsur ürək" filmində Şotlandiyanın azadlığı uğrunda mübarizə apatan Mel Gibsonun yaratdığı Uilyam Uollıs yox, iki qız atası azərbaycanlı Ceyhun Rzayevəm. O vaxt bunu yazsam, Şamxal məni "moyka"ya sürgün edib, maşınını yuduzdurardı" - C.Rzayev əlavə edib.
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi