“Kornet” tank əleyhinə raket kompleksləri, “Vixr” və “Ataka” aviasiya reketləri vasitəsilə yaxşı müdafiə olunmasına baxmayaraq, “Leopard” tanklarını məhv edə bilərik.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Rostex” korporasiyasından bildirilib.
“Leopard 2” müasir və yaxşı müdafiə olunan maşın hesab olunsa da, onu ölümsüz hesab etmək olmaz. Bu tanklar Rusiya ordusunun arsenalında olan, hətta göstəricilərinə görə digər silahlardan geri qalan daşınan raket kompleksləri ilə də vurula bilər. “Leopard” tankları Rusiya döyüş maşınlarından fərqli olaraq dinamik müdafiəyə malik deyillər, buna görə də onlar “Vixr” və “Ataka” raketlərinə qarşı dura bilməyəcəklər”, - məlumatda qeyd olunub.
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü
- DSX-nin V sinfinə qəbul imtahanı keçirildi