İran-Azərbaycan münasibətlərinin gərginləşməsindən istifadə etməyə çalışan Ermənistan rəsmiləri dövriyyəyə daha bir “məlumat” buraxıblar.
BUTA.TV xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan guya ötən ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı daha irihəcmli əməliyyat hazırladığını iddia edib.
O, bu iddiasını “kəşfiyyat məlumatları”na əsasən dilə gətirdiyini bildirib.
“Bakının “aqressiv planları” sentyabrın 13-14-də “başlatdığı” hərbi əməliyyatlardan qat-qat böyük idi. Ermənistanın cənub qonşusu İranın hərəkətləri və ritorikası bu vəziyyətin daha da pisləşməsinin qarşısını almağa kömək etdi. İran bu gün Ermənistanın mühüm tərəfdaşıdır. İran və Gürcüstanla sərhəd respublika üçün xarici dünyaya “təbii qapı” kimi mühüm əhəmiyyət kəsb edir”, - o bildirib.
Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun hərbi hissəsinə raket zərbəsi endirmişdi. Buna cavab olaraq Azərbaycan Ordusu sərhəddə düşmən hədəflərini darmadağın etmişdi.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü