Adətən müharibələr başa çatdıqdan sonra işğalçı tərəfin yenidən silahlanmasına müəyyən məhdudiyyətlər tətbiq olunur və prosesə nəzarət gücləndirilir. Amma biz Ermənistanın yenidən silahlanma üçün fəallaşdığını görürük.
Bu sözləri BUTA.TV-a Paşinyanın Göyçədə sahil və su patrulu xidmətinin təşkil olunacağı barədə açıqlaması, eyni zamanda Ermənistanın kütləvi silahlanma cəhdləri haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, İrəvan vəsait çatışmazlığı problemini bir sıra ölkə və maliyyə mərkəzinlərdən böyük məbləğdə kreditlər götürməklə həll edir:
“Bunu ölkənin xarici dövlət borcunun ÜDM-yə olan nisbətinin sürətlə artması da sübut edir. Götürülən borc yalnız silahlanmaya deyil, eyni zamanda hərbi sahədə strukturlaşmanın təkmilləşdirilməsinə sərf olunur”.
Ekspert qeyd edib ki, AB tərəfindən Ermənistana göndəriləcək “mülki missiya” üzvlərinin keçmiş hərbçilərdən təşkil olunacağı barədə məlumatlar bizdən prosesi daha yaxından, həm də diqqətli izləməyimizi tələb edir:
“Ermənistanın belə sürətli və kütləvi silahlanma cəhdləri Azərbaycan üçün qəbuledilməzdir. Ona görə müttəfiqlərimiz və dünyanın silah tədarükçüləri ilə daha yaxından işləməli, Ermənistanın qarşısını almalıyıq. Çünki bəhs etdiyimiz addımlar birmənalı şəkildə Azərbaycana qarşı atılır. Alınan silahlar əhalimiz və hərbçilərimiz üçün təhdidlər yaradır. Bu baxımdan qısa müddətdə preventiv tədbirlər görülməlidir”.
Hərbi ekspert Paşinyanın Göyçədə Ordumuza qarşı həmlələrinin heç bir işə yaramayacağını da vurğulayıb:
“Paşinyanın Göyçədə sahil və su patrulu xidmətinin təşkil etməsi cəhdləri ilə bağlı onu deyə bilərəm ki, bu addım Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən yayınmasına gətirib çıxarmayacaq. Rəsmi İrəvan belə addımlar əvəzinə öhdəliklərini yerinə yetirsə, bu, Ermənistanı növbəti sarsıntı və çaxnaşmalardan daha çox mühafizə edə bilər”.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü