Sabunçu tunelində çökmə aradan qaldırılacaq

12:50 - 28 Aprel 2026 - GÜNDƏM

 Sabunçu tunelində çökmə aradan qaldırılacaq

Sabunçu rayonunda daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq.

BUTA.TV xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Sərəncama əsasən, Sabunçu rayonu, A.Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş vermiş çökmə aradan qaldırılacaq. Həmçinin xəttin bərpası da nəzərdə tutulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol