Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu günki iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyyə edildi. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdətutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.
BUTA.TV xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.
"Eyni zamanda Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır. Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.
Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq", - o bildirib.
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi