Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb

23:01 - 5 Aprel 2026 - CƏMİYYƏT

 Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb

Saleh Məmmədovun  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA )İdarə Heyətinin sədri  vəzifəsindən kənarlaşdırılmasından sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, aparılan yoxlamaların nəticəsində son illərdə 1 milyard dövlət vəsaitinin talan olunması müəyyən olunub. Bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.

“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək” deyə mənbəmiz əlavə edib.

“Əvvəllər 400 milyon vəsaitin yoxluğundan söhbət gedirdisə, indi bu rəqəm 1 milyard manatı keçir”.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.

Xatırladaq ki, Gununsesi.info olaraq, hələ bir neçə gün öncə Saleh Məmmədovun bağında fövqəl toplantı keçirərək keçmiş komanda üzvlərini ortaya pul qoymağa çağırması barədə yazmışdıq.

Həmin məlumatda bildirilirdi ki, öz komandası hesab etdiyi həmin şəxslərə yaranmış vəziyyətdən çıxmağı təklif edib. O, bildirib ki, yoxlamalar zamanı ortaya çıxan vəsait büdcəyə qaytarılmasa, hamını həbs gözləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol