ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video

16:10 - 5 Aprel 2026 - GÜNDƏM

 ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeli qurumları, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və sukanal idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADSEA-dan BUTA.TV-a verilən xəbərə görə, hazırda Bakı şəhəri və Abşeron yarımadasının ərazilərinə toplanan yağış suları kənarlaşdırılır.

Qaradağ rayon Sukanal İdarəsi Puta gölünün leysan yağışlar zaman səviyyəsinin qalxmasının öncədən qarşısını almaq məqsədilə diametri 1000 mm olan 20 paqon metr uzunluqda əlavə suötürücü dəmir - beton boru quraşdırıb.

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində yığılan yağış suları xüsusi nasoslar vasitəsilə ərazidən təmizlənib.

Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı, istismara yararsız təxliyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib. Əraziyə yığılan yağış suları nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacaq.

Bağlar Sukanal İdarəsinin xidməti ərazisinə aid olan Məmmədli və Digah qəsəbələrinin əraziləri yağış sularından təmizlənir.

Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsində d200mm kanalizasiya xəttində yüklələnmə səbəbindən tutulma baş verib və nəticədə yağış suyu ətrafa dolub. Suraxanı rayon sukanal idarəsinin əməkdaşları tərəfindən xüsusi avadanlıqlar vasitəsi tutulma açılıb və ətrafa toplanan yağış suyu kənarlaşdırılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol