Çəpiş ətinə tələbat niyə artıb? - Video

00:06 - 5 Aprel 2026 - GÜNDƏM

 Çəpiş ətinə tələbat niyə artıb? - Video

Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur.

BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, tələbatın çoxalması qəssabların da bu heyvanın kəsiminə marağını artırıb.

Hazırda çəpiş ətinin qiyməti satış yerindən asılı olaraq dəyişir və bəzi hallarda quzu əti ilə eyni səviyyəyə çatır. Satıcılar bildirirlər ki, bu ətin əsas üstünlüyü onun yumşaqlığı və spesifik dadındadır. Heyvanın yaşı və çəkisi ətin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdir. Qəssabların sözlərinə görə, çəpiş müəyyən çəkiyə çatdıqdan sonra kəsim üçün daha uyğun hesab olunur.

Çəpiş ətinin digər bir xüsusiyyəti isə pəhriz əhəmiyyətli olmasıdır. Satıcılar qeyd ediblər ki, arterial təzyiqdən əziyyət çəkən şəxslər daha çox bu əti almağa üstünlük verirlər. Çəpiş ətinə maraq adətən payız-qış mövsümündə pik həddə çatır.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

Ekspertlər və satıcılar yaxın aylarda tədarükün artması ilə əlaqədar qiymətlərin nisbətən enəcəyini proqnozlaşdırırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol