Əgər Nikol Paşinyan 2026-cı ilə qədər hakimiyyəti saxlaya bilsə, Ermənistan birbaşa Azərbaycanın təsiri altında qala bilər.
BUTA.TV Modern.az-a isitinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Mikael Hambardzumyan jurnalistlərə açıqlamasında deyib.
"Bu, onların gəlib evlərimizi qıracaqları anlamına gəlmir. Bu o deməkdir ki, yumşaq güc təzyiqi güclənəcək. Eyni dostluq prosesi başlayacaq və bu, bir müddət davam edəcək. Azərbaycanlılar Ermənistanda yaşamağa gələcəklər və onların dövlət zəmanətləri olacaq. Əhali balansı dəyişməyə başlayacaq və azərbaycanlılar Azərbaycan və Türkiyə tərəfindən maliyyələşdiriləcək. Kağız üzərində de-yure, bir müddət müstəqilliyimizi saxlaya bilərik, amma de-fakto onu itirəcəyik. Biz Azərbaycanın bir əyalətinə çevriləcəyik", - deyə o əlavə edib.
Hambardzumyan dostluğun tərəfdarı olduğunu, lakin "güclülərin zəiflərlə əsl dost ola biləcəyinə" inanmadığını qeyd edib.
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi