Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu gün partiyanın qurultayında baş verənlərlə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda qeyd olunur:
"Dəyərli media mənsubları, hər birinizdən Ana Vətən Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm.
Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır.
Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı.
Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir".
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür