İstiqlal ordeni ilə təltif edilən Baş nazirin birinci müavini Yaqub Eyyubov ordenin təltifetmə mərasimi zamanı fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib.
BUTA.TV xəbər verir ki, Y.Eyyubov Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını qeyd edib.
Baş nazirin birinci müavini məhz dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi:
"Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür