Azərbaycan–Mərkəzi Asiya münasibətləri vahid birliyə çevrilərək "6" formatını alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında paylaşım edib.
O qeyd edib ki, son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç səfər edib – Türkmənistana, Tacikistana və Qazaxıstana:
"Bu gün isə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir. Azərbaycan–Mərkəzi Asiya münasibətləri, adətən, "5+1" formulu ilə təsvir olunurdu. Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid "6" formatını alıb. Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir".
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür