20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa Birliyinin təşkilatçılığı ilə “Regionlararası təhlükəsizlik və bağlantılar” mövzusunda xüsusi yüksək səviyyəli toplantı təşkil olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, toplantı çərçivəsində Qara Dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq, həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalar keçirilib.
İclasın işində Avropa Birliyinin ali nümayəndəsi Kaya Kallas, genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrə komissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcə də Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak edib.
Toplantıda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Nazir müavini Y.Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlı ölkəmizin mövqeyini diqqətə çatdıraraq, Azərbaycanın da daxil olduğu geniş Qara dəniz regionunun inkişaf potensialını ortaya çıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyini, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin əhəmiyyətini vurğulayıb.
Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın nəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa Birliyi üçün etibarlı tərəfdaş olması amili diqqətə çatdırılaraq, Azərbaycan və AB arasında bu istiqamətdə iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsinin mövcud potensialdan daha səmərəli istifadəyə imkan yaradacağı qeyd olunub.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür