Ermənistanın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında açılacaq yol üzərindəki suverenliyi Azərbaycan və ABŞ tərəfindən tanınır.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan DW ilə müsahibəsində deyib.
Nazir bu yolun adının TRIPP olduğunu və ekstraterritorial dəhliz statusunda olmadını iddia edib:
“Söhbət təkcə keçidlərdən yox, həm də Azərbaycanın materik hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməkdən danışırıq. Razılaşma iki ölkə arasında bütün nəqliyyat kommunikasiyaları və infrastrukturların açılmasını təmin edir. Məsələn, biz də Azərbaycan dəmir yollarına çıxış əldə edirik, Azərbaycan isə bizim dəmir yoluna. Hər şey adi qonşular kimi olacaq. Bir-birimizin ərazilərindən hərəkət edə biləcəyik. Bu barədə razılığa gəlmişik. İdarəetmə isə Ermənistan-Amerika konsorsiumu tərəfindən həyata keçiriləcək. Əlbəttə, xidmət göstərmək üçün podratçılar da cəlb edə bilər və həmin şirkətlər qarşılıqlı razılaşma ilə seçilməlidir”.
Mirzoyan vurğulayıb ki, potensial seçiləcək şirkət həm Ermənistan, həm də ABŞ tərəfindən təsdiqlənməlidir: “Əməkdaşlığa açığıq, bir çox ölkələrlə işləyə bilərik. Heç kəsi istisna etmirik, amma bəzi ölkələrin müraciətləri rədd edilə bilər”.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür