Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 27-si - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
BUTA.TV xəbər verir ki, açılışla bağlı yayılan görüntülərdə dövlət başçısı balaca bir qızın əlindən tutaraq fotolar da çəkdirib.
Məlum olub ki, həmin balacanın atası, anası və nənəsi ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində şəhid olublar. Balaca qızcığaz isə möcüzə nəticəsində dağıntılar altından sağ çıxarılan Nilaydır.
"Prezidenti tanıyırdım, televiziyada çox görmüşdüm. Yaxşı babadır, onu çox sevdim. Birlikdə maraqlı söhbət etdik. Prezidenti görməyi çox istəyirdim, sevinirəm ki, bu arzum yerinə yetdi. Parkın tikildiyi yerdə əvvəllər evimiz var idi. Ora bomba atdılar, evimiz dağıldı. İndi isə həmin yerdə yeni park salıblar", - Nilay Əliyeva söyləyib.
Xatırladaq ki, Nilayın valideynləri - atası Adil Əliyev, anası Günay Əliyeva və nənəsi Afaq Əliyeva 11 oktyabr 2020-ci ildə Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağıntılar altında qalaraq həlak olublar.
Daha ətraflı Baku TV-nin süjetində:
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür